“Bakıya 320 yeni avtobus gətiriləcək” - Vüsal Kərimli

“Bakıya 320 yeni avtobus gətiriləcək” - Vüsal Kərimli

Hazırda oxunan: “Bakıya 320 yeni avtobus gətiriləcək” - Vüsal Kərimli

19355

"2015-ci ildən bəri paytaxtda sərnişindaşıma ilə məşğul olan 968 avtobus yenilənib".

Bizim.Media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, təkcə 2020-ci ildə 119 yeni avtobus alınıb.

"Yenilənmiş avtobusların 724-nü ölkədə Agentlik keçirdiyi tenderlərlə, 244-nü isə özəl daşıyıcılar gətirib. Bu il və gələn il paytaxta daha 320 avtobus gətiriləcək və sərnişindaşımaya cəlb olunacaq. Hazırda Bakıda gündəlik 630 min sərnişin daşınır", - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO