DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ – FOTO

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ – FOTO

Hazırda oxunan: DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ – FOTO

192683

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda qeyd olunub:

- Əgər siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır;

- Xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır;

- Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə mütləq ora rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın.

Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO