Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay HƏBSDƏ QALACAQ

Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay HƏBSDƏ QALACAQ

Hazırda oxunan: Bakıda yeniyetmə elektron qəlyana görə 90 ay HƏBSDƏ QALACAQ

192674

Bakıda tələbə yoldaşını bıçaqlayan yeniyetmənin məhkəmə prosesi başa çatıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, işə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmünə əsasən, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin 1-ci kurs tələbəsi, 2008-ci il təvəllüdlü Namiq Quliyev (ad-soyad şərtidir) 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.
Cinayətə isə elektron qəlyan üstündə düşən mübahisə səbəb olub. Belə ki, Namiq Quliyev dərs zamanı çəkməsi üçün elektron qəlyanı qrup yoldaşı Bağır Məmmədova (ad-soyad şərtidir) verib. Bağır isə dərsdən sonra qəlyanı qaytarmayıb. Bu isə yeniyetmələrin mübahisəsinə, sonda Bağırın üç bıçaq zərbəsi almasına səbəb olub.

Bağır Məmmədov məhkəmədə qrup yoldaşını bağışlamayıb, ona cəza verilməsini xahiş edib. “Elektron qəlyanı sahibinə niyə qaytarmadın?” sualına isə “yadımdan çıxdı” cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO