Bölgələrə yağış, qar yağıb, Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA

Bölgələrə yağış, qar yağıb, Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bölgələrə yağış, qar yağıb, Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA

192648

Saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarada arabir yağış, Şahdağda isə qar yağıb.

Sarıbaşda (Qax) saat 16:38-16:40 radələrində və Qəbələ rayonunda saat 18:00 radələrində diametri 5 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO