Kür yenə daşdı - Qazaxda əkin sahələri su altında qaldı - FOTO

Kür yenə daşdı - Qazaxda əkin sahələri su altında qaldı - FOTO

Hazırda oxunan: Kür yenə daşdı - Qazaxda əkin sahələri su altında qaldı - FOTO

192431

Son günlər yağan yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli artıb. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində artıq 10 gündə ikinci dəfədir ki, Kürün daşması nəticəsində əkin sahələrinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakət əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Aşağı Salahlı kəndinin sakinləri "Azərtac"a danışıblar.

Onların sözlərinə görə, çayın daşması nəticəsində onlara məxsus 230 hektara yaxın sahə su altında qalıb. Sel suları çay kənarında yerləşən təsərrüfatları, xüsusən də taxıl, yonca, qarğıdalı sahələrini yuyub.

May ayından bölgədə yağıntılı hava şəraiti hökm sürdüyündən Kür çayında sel təhlükəsi azalmayıb. Əksinə daşqının ətraf sahələrə yayılma riski artıb. Ona görə də mümkün yerlərdə qabaqlayıcı tədbirlər görülür.

Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO