““Azdrama”dan Mirələmovun əsərlərini çıxarın, hamı bilir onları özü yazmayıb”

““Azdrama”dan Mirələmovun əsərlərini çıxarın, hamı bilir onları özü yazmayıb”

Hazırda oxunan: ““Azdrama”dan Mirələmovun əsərlərini çıxarın, hamı bilir onları özü yazmayıb”

19229

“Akademik Milli Dram Teatrından Mirələmovun əsərləri artıq yığışdırılmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında bildirib. Xalq artisti hər zaman onun əsərlərinə qarşı çıxdığını qeyd edib:

“Mən hər zaman Mirələmovun əsərlərinə qarşı çıxmışam. İndi də “Azdrama"ya bildirirəm ki, ayıbdır, yğışıdırın Mirələmovun əsərlərini. “Azdrama” müqəddəs yerdir, oranı Mirələmov kimilərinə görə murdarlamayın.
 

MÖVZU İLƏ BAĞLI:

Mirələmovu kim biabır etdi? - Görüntüləri bu şəxslərdən biri yayıb...   


Axı o kimdir? Hamı bilir ki, o öz avtobioqrafiyasını yaza bilmir, “yazdıqlarını” da kiməsə yazdırır. Məgər azdır öz əsərlərini, kitablarını başqalarına yazdıran professor, akademiklər? Bunun bilməyən yoxdur ki".

Xalq artisti vurğulayıb ki, Mirələmov kimiləri mütləq öz cəzasını almalıdır: “Azərbaycan müstəqillik qazandıqdan sonra Mirələmov kimilər ”kök" salıblar. Məgər tək Mirələmov o cür hərəkət edir?

Neçə-neçə məmurlar, biznes adamları iş yerində katibələrinə bu cür davranır. Bu “xəstəliyi” kökündən kəsmək lazımdır.

"İndi vəzifələri gedib, amma nə qədər yığdıqları var, gedib kefini yenə edəcək. Mənim kimi dava-dərmanı borca almayacaq ki."

"Hamıya məlumdur ki, Mirələmovun nə qədər böyük obyektləri var."

"Hər zaman demişəm, bir insanın əxlaqı, mənəviyyatı olmadı, onun xalqa ağıl öyrətməyə, yol göstərməyə mənəvi haqqı yoxdur. Bu gün ən böyük deqradasiyaya uğrayan mənəviyyatımızdır."

"Bəzilərinə vəzifə verən kimi başlayır qohum-əqrəbasını başına toplamağa, mirələmovluq etməyə. Ona görə də mirələmovlar nə əvvəldir, nə də axır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO