Məcburi köçkünlər arasında narahatlıq yaradacaq məlumat yayılıb. Məlumata görə, bu aydan etibarən onlara verilən "çörəkpulu" dayandırılacaq.
Bizim.Media xəbər verir ki, məsələyə aydınlıq gətirilməsi üçün ”publika.az” Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət edib.
Komitədən bildirildi ki, bu barədə bütün məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı "Böyük Qayıdış” dövründə vahid aylıq müavinətin verilməsinə dair videoçarxda əksini tapıb.
Bildirilib ki, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmasından 3 il müddətinə qüvvədədir:
"Sosial müdafiə tədbirlərindən biri kimi məcburi köçkünlərə vahid aylıq müavinət də ödənilir. Əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı vaxtdan 3 il keçəndən sonra əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin verilməsi dayandırılacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 15.05.2024
Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - RƏSMİ AÇIQLAMA
192242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.