Mübariz Mənsimov Baloğlan Əşrəfovla bağlı paylaşım etdi - FOTO

Mübariz Mənsimov Baloğlan Əşrəfovla bağlı paylaşım etdi - FOTO

Hazırda oxunan: Mübariz Mənsimov Baloğlan Əşrəfovla bağlı paylaşım etdi - FOTO

19217

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Əməkdar artist Baloğlan Əşrəfovun vəfatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.  

Bizim.Media xəbər verir ki, o müğənni ilə fotosunu paylaşaraq bu sözləri qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Baloğlan Əşrəfov vəfat etdi - Masallıda dəfn ediləcək


“Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi..."

"O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun...”.

Qeyd edək ki, M. Mənsimov bir neçə il öncə səhhətində ciddi problem yaranan müğənninin müalicə xərclərini  üzərinə götürmüşdü. Ona Türkiyədə qaraciyər transplantasiyası həyata keçirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO