İnsanın nə qədər ağıllı olması barədə mühakimə yürütmək bir az subyektiv məsələdir. Sizcə bunu İQ (intellekt əmsalı) və ya insanın əldə etdiyi nailiyyətlər əsasında söyləmək olar?
İnsanların 50%-nin İQ səviyyəsi 90-110 arasıdır; 2,5% insan əqli cəhətdən zəif inkişaf edib, onları İQ-su 70-dən aşağıdır, 2,5% insan isə intellekt səviyyəsinə görə əksəriyyəti qabaqlayır, onlarda bu göstərici 130-dan çoxdur, 0,5% isə dahi hesab olunurlar, onların İQ göstəricilər 140-dan çoxdur.
Bəlkə də kimi daha ağıllı hesab etmək barədə mübahisələr heç zaman sona yetməyəcək, amma aşağıda qeyd etdiyimiz insanların dünyada ən ağıllılar sırasında olması ilə bağlı çətin ki, kimsə mübahisə etsin
Bəlkə də, inanmayacaqsınız. Amma bu gün daha çox əyləncə sözünün sinonimi kimi anlaşılan elə məşhur dünya ulduzları, Hollivud aktyorları var ki, onların IQ göstəricisi 140-dan artıqdır.
Beləliklə, Moderator.az dünyanın ən ağıllı məşhurlarının siyahısını təqdim edir:
Şakira- çılğın rəqsləri ilə seçilən müğənnidə IQ göstəricisi 140-dır. Bütün zamanların ən dəbdə olan müğənni-aktrisalarından biri Maddonada da xa0bu göstərici 140-a bərabərdir.xa0
Bir zamanların gözəllik timsalı sayılan Şeron Stounun IQ-su 154-dür. Qeyd edək ki, bu, kifayət qədər yüksək göstəricidir. Dünyanın ən məşhur elm xadimləri belə bu rəqəmə çata bilməyiblər.
Lisa Kudrao da da intellektual səviyyənin göstəricisi 154-dür.xa0
Məşhur italiyalı rejissorun “ağıllılıq dərəcəsi”x9d 160 baldır. Yəqin, beynini texnologiya, proqramlaşdırmaya həsr etsə idi, daha yüksək nailiyyətlər qazanardı.
Gənc aktyorlar Aşton Kutcer, Matt Damon və qocaman kino ulduzu Konan Olbrayinda da IQ 160-a çatır.xa0
Məşhur Hollivud ulduzu Ceys Vud isə bu göstərici ilə planetdə əksər insanları qabaqlayır. Onun IQ-su 184-dür.
Hazırladı: Elmin Nuri































































































