Aparıcı Namidə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Aparıcı Namidə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Hazırda oxunan: Aparıcı Namidə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

192071

Aparıcı Namidə İsayeva “Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkə hesabında məlumat paylaşıb.

“TƏBİB ailəsində yola davam… Görüləcək işlər çox, məsuliyyət böyük…”, deyə Namidə İsayeva qeyd edib.

Xatırladaq ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan N. İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO