Əhmədin yekun ekspertiza rəyi açıqlandı – Onu hansı aqibət gözləyir? 

Əhmədin yekun ekspertiza rəyi açıqlandı – Onu hansı aqibət gözləyir? 

Hazırda oxunan: Əhmədin yekun ekspertiza rəyi açıqlandı – Onu hansı aqibət gözləyir? 

191855

İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı təkrar və yekun ekspertiza rəyi açıqlanıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, məhkəmə-psixiatrk ekspertizanın rəyinə əsasən, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.
 

MÖVZU İLƏ BAĞLI:

Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI 


Cəmiyyətdə ciddi rezonans doğuran qətl hadisəsinin törədilməsində əsas məqsəd məlum olmasa da, Əhməd Əhmədov barəsində xeyli sayda informasiya yayılıb. Ailənin yaxınlarının mətbuata dediklərinə görə, onun əvvəldən də psixoloji problemləri olub. Sosial şəbəkələrdə yayılan digər məlumatlara görə, onun psixoloji problemləri olmayıb, sadəcə, valideynləri əsgərlikdən yayındırmaq üçün bu problemi qabardıb, ona saxta sənəd düzəldiblər.

Hər bir halda ailə üzvlərini öldürəcək qədər psixoloji problemləri olan şəxsin indiyədək niyə xəstəxanada yox, azadlıqda, cəmiyyət içində olmasına cavab verən yoxdur. 

Bəs bundan sonra Əhmədi nə gözləyir? O, müalicə nəticəsində sağalıb cəmiyyətə qayıda və bundan sonra yenidən istintaqa cəlb edilə bilərmi?

Hər kəsi maraqlandıran suallara aydınlıq gətirən vəkil Pərviz Hacıyev Bizim.Media-ya deyib ki, bu cür xəstəliklərin sağalma ehtimalı yoxdur:

“Əgər sağalsa və məsuliyyətə cəlbetmə müddəti keçməsə yenidən istintaqa cəlb oluna bilər. Amma bu tip xəstəliklər, yəni bu xəstəlik ağır formalı şizofreniyadır və sağalma ehtimalı yoxdur, yəni elmə məlum deyil. Böyük ehtimal ki, ömrünü psixatriya xəstəxanasında keçirəcək”.

Hüquqşünas bu cür cinayətlərdə məsuliyyətə cəlbetmə müddətinin 20 il olduğunu qeyd edib:

“Məsuliyyətə cəlbetmə müddəti hər cinayət üzrə müxtəlifdir. Məsələn, 6, 12 il ola bilir. Böyük ictimai təhlükə törətməyən cinayətlərdə, az ağır cinayətlərdə başqadır. Bu, xüsusilə ağır cinayətdir, burada məsuliyyətə cəlbetmə müddəti 20 ildir. Yəni 20 il ərzində sağalsa, təbii ki, məsuliyyətə cəlb oluna bilər. 

Ağır formalı şizofreniyanın sağalması görülmədiyi üçün böyük ehtimal məsuliyyətə cəlb olunmayacaq. Sadəcə barəsində məcburi tibbi xarakterik tədbirlər tətbiq olunacaq”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO