Kürdəmirdə avtomobil yoldan çıxaraq AŞIB - Yaralı var - FOTO

Kürdəmirdə avtomobil yoldan çıxaraq AŞIB - Yaralı var - FOTO

Hazırda oxunan: Kürdəmirdə avtomobil yoldan çıxaraq AŞIB - Yaralı var - FOTO

191491

Kürdəmir rayonu ərazisində ağır qəza baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 77-PH-749 nömrəli nişanlı HYUNDAİ markalı avtomaşının sürücüsü Bakı sakini 33 yaşlı Abdullayev Orxan Sabir oğlu Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza zamanı sürücü, 1991-ci il təvəllüdlü Abdullayev Orxan Sabir oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO