Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandirini dəyişib.
Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.
"Lupançuk Sergey Konstantinoviç Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin", - sərəncamda deyilir.
Eyni zamanda, prezident Aleksandr Trepakı Xüsusi Təyinatlı Qüvvələrin yeni komandiri təyin edib.
“Aleksandr Sergeyeviç Trepak Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilsin”, - sərəncamda deyilir.
Qeyd edək ki, Sergey Lupak ötən ilin noyabrında Xüsusi Əməliyyat Qüvvələrinin komandiri təyin edilmişdi.
Bizim.Media