Portuqaliyada yaşayan  azərbaycanlı alim:   “Dünyada bu sahədə birincilərdən olmaq istəyirəm”x9d-ANONS

Portuqaliyada yaşayan azərbaycanlı alim: “Dünyada bu sahədə birincilərdən olmaq istəyirəm”x9d-ANONS

Hazırda oxunan: Portuqaliyada yaşayan azərbaycanlı alim: “Dünyada bu sahədə birincilərdən olmaq istəyirəm”x9d-ANONS

191180



2009-cu ildən Lissabon Dövlət Universitetində tədqiqatçı kimi çalışan kimya elmləri doktoru Kamran xa0Mahmudov elmi sahədə daha bir uğura imza atıb. O, dünyanın sayılan elmi jurnallarından olan “Kristal”x9dın bir nömrəsinin xüsusi eksperti seçilib. xa0

Qeyd edək ki, kimyaçı alim bir müddət öncə Azərbaycan elmində bir ilkə imza atıb. O, araşdırma apardığı elmi istiqamət üzrə çox mühüm bir kitabı çap etdirib ki, bu da Azərbaycan elmi üçün bir ilkdir.xa0
xa0'Non-covalent Interactions in Synthesis and Design of New Compounds' adlı kitab xa0 25 fəsildən ibarətdir. xa0Elm sahəsi üzrə dünyanın aparıcı nəşriyyatı hesab olunan Wiley nəşriyyatında Azərbaycanın adı ilə çap ediləcək ilk kitabdır. Adı çəkilən nəşriyyat elm sahəsi üzrə dünyanınən nüfuzlu nəşriyyatlarından hesab olunur. Fəaliyyət göstərdiyi 1807-ci ildən bu yana Azərbaycan elminə aid heç nə çap etməyib. Gənc alimimizin kitabı bu yöndə bir ilk olacaq.

Gənc alim 'Qeyri-kovalent qarşılıqlı təsirlər, onların sintez və materialların dizaynında rolu' mövzusunda birgə elmi tədqiqat işi aparır.xa0

Qeyd edək ki, Azərbaycanın ən gənc elmlər doktorlarından olan alim xa0hazırda elmi fəaliyyətini Portuqaliyada davam etdirir.xa0


Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub. xa0Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub.
2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə «b-Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək xa0fəlsəfə doktoru alimlik dərəcəsi xa0alıb. xa032 yaşında xa0isə elmlər doktoru adına sahiblənib.

Moderator.az Kamran Mahmudovla geniş müsahibə hazırlayıb. Həm elm, həm digər aktual məsələlərin əks olunduğu müsahibə tezliklə saytımızda yayımlanacaq.

Elmin xa0Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO