Qida Təhlükəsizliyi Agentliyi Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, COP29 zamanı görüləcək işlərə dair hazırlanan Tədbirlər Planında nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür.
Tədbirlər çərçivəsində Agentliyin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün növbəti onlayn təlim təşkil edilib.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən keçirilən təlim "Qida tullantılarının idarə olunması" mövzusunda olub.
Təlimdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə, eləcə də sahibkarlarla bu sahədə maarifləndirmə işləri aparan, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi üçün ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər aparan əməkdaşlar iştirak ediblər.
İştirakçılara qida tullantılarının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların növləri və emal sahəsindən uzaqlaşdırılması, bu sahədə çalışan əməkdaşların təlimatlandırılması tədbirləri haqqında ətraflı məlumat verilib.
Təlim zamanı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:51 / 09.05.2024
Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib - FOTO
Hazırda oxunan: Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib - FOTO
Hazırda oxunan: Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib - FOTO
191178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.