"Çox şükür, Allahın və həkimlərin yardımıyla çox ağır faciə yaşanmadı"

Hazırda oxunan: "Çox şükür, Allahın və həkimlərin yardımıyla çox ağır faciə yaşanmadı"

191012
Xəbər verdiyimiz kimi, dünən Tovuz şəhərində yerləşən “Turan”x9d şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib.xa0Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Moderator.az xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar, millət vəkili Qənirə Paşayeva bütün vətəndaşlarımıza səslənərəkxa0xeyir-şər evlərində təşkil etdikləri mərasimlərdə ərzaq məhsullarına, onların saxlanma şəraitinə, hazırlanmasına xüsusi diqqət yetirmələrini xahiş edib:

"Əziz Tovuzdan olan insanlarımız!
Bir çoxlarınız Tovuzda "Turan" şadlıq sarayında keçirilən toy mərasimindən sonra 39 nəfər sakinimizin (6-sı uşaq, 33 -ü böyük) qida zəhərlənməsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına götürülməsi ilə bağlı narahatsınız. Qeyd edim ki, gecədən sabaha qədər həkimlərimiz zəhərlənmiş sakinlərimizə gərəkən tibbi dəstəyi göstəriblər. Tez-tez Tovuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və həkimləri ilə danışırdıq və təxminən 2 saat əvvəl Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi əvəzi Sayad həkimlə danışdıq və bildirdi ki, zəhərlənmə ilə xəstəxanaya üz tutmuş 39 nəfərin hamısına lazımi yardım göstərildikdən sonra vəziyyətləri yaxşılaşmağa başlayıb və onlar artıq evlərinə buraxılıblar. Çox şükür, Allahın və həkimlərin yardımıyla çox ağır faciə yaşanmadı. İnsanlarımıza keçmiş olsun deyirik və bir daha bu cür halları yaşamamalarını diləyirik. İnsanlarımızın hansı qidadan zəhərləndiklərini müəyyən etmək üçün qida qalıqları laboratoriya analizinə göndərilib və yaxın günlərdə bəlli olacaq. Buradan bütün vətəndaşlarımızdan xeyir-şər evlərində təşkil etdikləri (çoxlu sayda insanların iştirak etdiyi yerlərdə) mərasimlərdə ərzaq məhsullarına, onların saxlanma şəraitinə, hazırlanmasına xüsusi diqqət yetirmələrini xahiş edirik. Çünki bu istiqamətdə hər hansı ehtiyatsızlıq və diqqətsizlik böyük faciələrə yol açar ki, bu da ilk öncə həmin məclisləri təşkil edənlər başda olmaqla, hamımızı ciddi şəkildə üzə bilər. Tez-tez zəng edib, mesaj yazıb Tovuzda baş verən bu hadisə ilə maraqlanan, narahatlığını və dəstəyini ifadə edən bütün dostlara təşəkkür edirəm. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etmiş vətəndaşlarımıza bir daha keçmiş olsun deyirik."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO