Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. Belə ki, yaradılan saxta hesablar vasitəsilə Kapital Bankın hər kəsə 200 AZN məbləğində pul verdiyi bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə məlumat yayıb.
Məlumata görə, vəsaitin alınması məqsədi ilə istifadəçilərə saxta “Telegram” kanalına daxil olmaq təklif olunaraq istifadəçilərin bank kartı məlumatları tələb olunur. Bununla da vəsait istifadəçilərə məxsus bank hesablarından kiberdələduzlar tərəfindən oğurlanır.
Səhiyyə Nazirliyi Elektron Təhlükəsizlik Xidməti ilə birgə vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:54 / 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib - FOTO
Hazırda oxunan: DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib - FOTO
Hazırda oxunan: DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib - FOTO
190976
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.