Mayın 4-də şəxsiyyəti təsdiqlənən itkin I Qarabağ Müharibəsi şəhidi Elşad Şirin oğlu Qayımovun cənazəsi bu gün doğulduğu Xaçmaz rayonunun Hacıqurbanoba kəndinə gətirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri, keçmiş döyüşçü və qazilər, ictimaiyyət nümayəndələri, rayon rəsmiləri şəhid Elşad Qayımovla vida mərasimində iştirak ediblər.
Daha sonra Elşad Qayımovun cənazəsi Hacıqurbanoba kənd qəbiristanlığına aparılıb.
Şəhid valideynlərinin məzarı yanında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş Azərbaycan bayrağı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən şəhidin qardaşına təqdim edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu