İsmayıllıda yaşayış evi yanaraq külə döndü

İsmayıllıda yaşayış evi yanaraq külə döndü

Hazırda oxunan: İsmayıllıda yaşayış evi yanaraq külə döndü

190804

İsmayıllıda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında  şəhərin 16-cı məhəlləsində qeydə alınıb.

Belə ki, rayon sakini 1988-ci il təvəllüdlü Abbasov Kamran  Məzahir oğluna məxsus ümumi sahəsi 72 kv metr burmərtəbəli kürsülü olan yaşayış evi yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə dərhal  İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO