“Narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciətlərin sayı 300 faiz ARTIB” – Elşad Hacıyev  

“Narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciətlərin sayı 300 faiz ARTIB” – Elşad Hacıyev  

Hazırda oxunan: “Narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciətlərin sayı 300 faiz ARTIB” – Elşad Hacıyev  

190287

“Son 4 ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda forumun “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi (ağır) 304 kiloqramdır, 581 kq isə müxtəlif narkotik vasitələrdir.

Elşad Hacıyev qeyd edib ki, narkotik vasitələrlə əlaqəli müvafiq ixtisaslaşmış xəstəxanalara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 300 faiz artıb:

“Bundan əlavə ayrı-ayrı blogerlər hansısa formada reablitasiya mərkəzlərinin reklam arealına çevrilib və bu da da bir növ müsbət mənada onu deməyə əsas verir ki, artıq reablitasiya mərkəzlərinin sayı artıb. Niyə artdı? Nə baş verdi? Buradan aydın təhlil ortaya çıxmalıdır ki, narkotik vasitə tapa bilmir və məcburdur ki, bu vəziyyətdən xilas olsun. ”

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO