Sahil Babayev: “Media vasitəsilə vətəndaşların müraciətlərinə operativ baxa bilirik”

Sahil Babayev: “Media vasitəsilə vətəndaşların müraciətlərinə operativ baxa bilirik”

Hazırda oxunan: Sahil Babayev: “Media vasitəsilə vətəndaşların müraciətlərinə operativ baxa bilirik”

190212

“Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa və onların problemlərinin həllini təmin edə bilirik". 

Bizim.Media xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən Forumda deyib.

Nazirin sözlərinə görə, medianın cəmiyyətin və dövlətin inkişafında rolu danılmazdır:

"Azərbaycanda medianın müasir tələblərə uyğun inkişafı sahəsində ölkə başçısı bütün zəruri addımları atıb. "Media haqqında" qanun media-cəmiyyət, media-dövlət əlaqələrinin müddəalarını özündə əks etdirir. Bu qanun həm də jurnalistlərin hüquqlarının qorunmasında mühüm rol oynayır. Bu gün MEDİA müxtəlif istiqamətlər üzrə Azərbaycanda media vasitələrinin obyektiv və səmərəli inkişafına dəstək olur".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO