Tovuzda avtobusun piyadanı vurması ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.
Marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Rəfa Nurəddin qızını vurub.
Piyada bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu