Ləğv edilməsi təklif olunan DÖVLƏT qurumları – SİYAHI

Ləğv edilməsi təklif olunan DÖVLƏT qurumları – SİYAHI

Hazırda oxunan: Ləğv edilməsi təklif olunan DÖVLƏT qurumları – SİYAHI

18933

Azərbaycanda dövlət qurumları ilə bağlı islahatlarınn başlanacağı ehtimal edilir. Belə ki, ölkədə fəaliyyət göstərən nazirlik, komitə və agentliklərin sayının azaldılması, birləşdirilməsi, yaxud bəzilərinin ləğv edilməsi təklif olunur. Təhlilçilər bunu büdcə yükünün azaldılacağı kimi proqnozlaşdırırlar.

Qeyd edək ki, hazırda Azərbaycanda 17 nazirlik, 7 Dövlət Komitəsi və 7 Agentlik fəaliyyət göstərir. Təklif olunur ki, Nazirliklərin sayı 11-ə, Komitələrin sayı 3-ə endirilsin. Bəzi agentliklər və yaxud ASC-lər birləşdirilsin. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiya səfirliyinə müraciət etdi


İqtisadçı-ekspert Nazim Məmmədov Bizim.Media-ya açıqlamasında zaman-zaman bu təklifin gündəmə gətirildiyini xatırladıb.

O, deyib ki, dövlət qurumları ilə bağlı islahatların həyata keçirilməsi hökumətin iradəsindən asılıdır:

“Nazirlər Kabineti çox böyük bir quruma çevrilib. Tərkibində 40-dan yuxarı nazirliklər, dövlət komitələri, agentliklər və xidmətlər fəaliyyət göstərir. Onlar da məkəzi icra hakimiyyəti orqanlarının funksiyasını həyata keçirirlər. Bunu strukturuna görə dünyada ən böyük Nazirlər Kabineti hesab etmk olar. Eyni zamanda baş nazirin azad vəzifə olaraq 4 müavini var. Əvvəllər müavinlərin sayı 6 idi. Qonşu Gürcüstanı nümunə gətirsək, orada Nazirlər Kabineti cəmi 12 nəfərdən ibarətdir. Baş nazir və 11 nazirlik...

Nazirliklərin içərisində hər il ictimai əsaslarla ölkənin inkişaf perspektivinə və proqramına uyğun olaraq 1 il olmaq şərtilə baş nazir müavini vəzifəsinə təyinat olur.
 

Onlar hökumətin işini elan olunan prioritetə uyğun olaraq həmin il kordinasiya edir. Məsələn, orada bu il Ədliyyə naziri və İqtisadiyyat naziri baş nazirin müavini vəzifəsini daşıyırlar.


Digər ölkələrdə də eynisidir. Elə ölkələr var ki, Nazirlər Kabinetinin tərkibi 10 nəfərdən ibarətdir. İsveçrədə bu say 8-dir. Gürcüstanda ayrıca sosial nazirlik var ki, onun tərkibində səhiyyə, icbari tibbi sığorta və sosial xidmətləri birləşdiriblər. O qurum dövlət büdcəsinin təqribən 51 faizinin xərclənməsinə nəzarət edir. Orada heç kimin pensiyası gecikmir və tibbi sığortasında problem yaranmır. Qonşu ölkə bu modeli artıq dünyaya təqdim edir. Digər sahələr də var ki, onları da məhz Gürcüstandan örnək götürmək olar”. 

Ekspert hesab edir ki, Azərbaycanda da müxtəlif qurumları bir-birləri ilə birləşdirmək mümkündür:

''Məsələn, o vaxt təklif etmişdim ki, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi eyni funksiya daşıdığı üçün bu qurumlar sözügedən nazirliyə birləşdirilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi. Digər qurumları isə Kənd Təsərrüfatı Nazirliyinə birləşdirmək mümkündür. Yaxud Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti bir yerdə fəaliyyət göstərməlidir. Dövlət Gömrük Komitəsi süni qiymət yaradan qurumdur.

Barəsində son zamanlar mənfi informasiyalar yazılır və onun səlahiyyətlərinə əl gəzdirmək lazımdır. Hər bir nazirliyin yanında dövlət büdcəsi hesabına müxtəlif MMC-lər açılır.


Onlar isə iqtisadi fəaliyyəti monopoliyalaşdırırlar və dövlət vəsaitini mənimsəməklə səmərəsiz xərcləyirlər. Nəticə etibarilə həm vergi bazası kiçilir, həm də iqtisadi fəaliyyət daralır. Elə nazirlik və komitələr var ki, bu gün onların fəaliyyəti aktiv deyil və islahatlara ehtiyac var”.

Nazim Bəydəmirlinin sözlərinə görə hökumətlərin funksiyası həmin sahələrdə dövlətin siyasətini həyata keçirmək və ona nəzarət etməkdir:
 

“Liberal bazar dəyərləri olan ölkədə iqtisadi fəaliyyətlə özəl subyektlər məşğul olmalıdırlar. Təssüf ki, Azərbaycanda bunun əksi baş verir.


Məsələn, nəqliyyat strukturu kimi “BakuBus”, yaxud Bakı Nəqliyyat Agentliyi yaradılır, özəl sektor isə sxışdırılıb çıxarılır. Onların da dövlət büdcəsinə böyük bir qatqısı yoxdur. Əksinə, dövlət vəsaitləri hesabına bahalı, əsaslandırılmamış qiymətlərlə avtobuslar alınır, cərimələr tətbiq edir və vətəndaşlarda mənfi emosiyalar yaradırlar. Bunlar sadəcə piyar kampaniyadır, nəticə etibarilə isə heç bir şey yoxdur. Fikrimcə, Nazirlər Kabineti böyük struktur olsa da effektiv idarəetmə mövcud deyil”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO