Həcc ziyarəti ilə bağlı zəvvarlara MÜRACİƏT EDİLDİ 

Həcc ziyarəti ilə bağlı zəvvarlara MÜRACİƏT EDİLDİ 

Hazırda oxunan: Həcc ziyarəti ilə bağlı zəvvarlara MÜRACİƏT EDİLDİ 

189194

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerinə yetirmək istəyənləri saxta Həcc kampaniyalarının qurbanı olmamaq barədə xəbərdarlıq edilir.

Qeyd olunur ki, Həcc ziyarəti yalnız Səudiyyə Ərəbistanı Krallığının müvafiq orqanları tərəfindən verilmiş Həcc vizası ilə və onların Həcc işləri üzrə idarələri vasitəsilə ölkələrlə razılaşdırılmaqla və ya rəsmi Həcc ziyarəti olmayan ölkələr üçün “Nusuk Hajj” platforması vasitəsilə həyata keçirilə bilər. Vurğulanır ki, artıq İraq Respublikasında Həcc və Ümrə üzrə Ali Orqanı zəvvarları aldadan 25-dən çox saxta şirkətin rəhbərini həbs etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO