Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA

Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA

Hazırda oxunan: Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA

189072

"İcbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir".

Bizim.Media xəbər verir ki, bunu “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir:
"Sağlamlıq haqqında arayışların verilməsi üçün bir çox ixtisaslı həkim müayinələrindən, laborator-instrumental müayinə və analizlərdən keçmək vacibdir. Bu baxımdan da arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO