İşğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilir. Yarmar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Bizim.Media xəbər verir ki, peşə yarmarkası Laçın şəhərinin Həkəri çayı sahilində açıq havada təşkil olunub.
Yarmarkada Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunur, həmçinin ustad dərsləri keçirilir.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin nümayəndəsi Hüseyn Quliyev, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak edirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:34 / 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
Hazırda oxunan: Laçında ilk dəfə peşə yarmarkası keçirilir
Hazırda oxunan: Laçında ilk dəfə peşə yarmarkası keçirilir
188970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.