Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu – VİDEO  

Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu – VİDEO  

Hazırda oxunan: Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu – VİDEO  

188793

Bakının bir sıra mərkəzi küçələrində, metro stansiyalarının ətrafında kommersiya məqsədli idman qurğularının yerləşdirilməsi və ətrafına çoxsaylı insanların toplanması cəmiyyətdə birmənalı qarşılanmır. 

Bizim.Media “qafqazinfo.az”a xəbər verir ki, Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında quraşdırılmış belə qurğulardan biri müzakirələrə səbəb olub. 

Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur.

Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 AZN ödəniş olunacağı söz verilir. Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir. Buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir. Digər şəxslər isə turnikin tutacaq hissəsinin zəif sürətlə fırlandığını və bunun oradan sallanan insanı yorduğunu deyib. 

Bundan başqa insanların hərəkət axınının yüksək olduğu ərazilərdə bu kimi avadanlıqların quraşdırılması, onların hansı qayda və qanunlar əsasında fəaliyyət göstərməsi də müzakirə mövzusudur. Belə ki, küçə ticarəti subyekti olan bu qurğulara hansı qurumun icazəsi əsasında fəaliyyət göstərməsi də məlum deyil. 

Bakı şəhər Ticarət və xidmət departamentindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən qurğuya departament tərəfindən heç bir rəsmi icazə verilməyib: 

“Səyyar ticarət fəaliyyəti üçün icazə yalnız müəyyən edilmiş yerlər üçün verilə bilər”. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO