Medianın İnkişafı Agentliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
MEDİA-dan Bizim.Media-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.
Sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.
Qeyd etməliyik ki, ümumiyyətlə son dövrlər peşəkar media subyektləri və jurnalistlər sosial mediada yayılan bu qəbildən olan məlumatlara jurnalistika prinsipləri baxımından yanaşaraq peşəkar davranış nümayiş etdirməkdədirlər.
Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:22 / 22.04.2024
MEDİA sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: MEDİA sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: MEDİA sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
188418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.