"Futbolçular qələbəyə layiq idi" - Qurban Qurbanov

Hazırda oxunan: "Futbolçular qələbəyə layiq idi" - Qurban Qurbanov

187740

"Bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Bizim tərəfdarlar daha möhtəşəmdir. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik.

 

Sfera.az xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

 

50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini bildirib:

 

"Futbolçular bu oyuna tam hazır idilər. Hər birinə təşəkkür edirəm. Onlar qələbəyə layiq idilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO