“Mançester Yunayted”də sərt cəza: Buraxılan hər qola görə futbolçulara... - VİDEO

“Mançester Yunayted”də sərt cəza: Buraxılan hər qola görə futbolçulara... - VİDEO

Hazırda oxunan: “Mançester Yunayted”də sərt cəza: Buraxılan hər qola görə futbolçulara... - VİDEO

187731

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçuları bu gün “Liverpul” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl bazar ertəsi Banqkokda mətbuata açıq məşq ediblər.

 

Sfera.az Sports.ru-ya istinadən xəbər verir ki, Erik ten Haq öz oyunçuları üçün xüsusi cəza sistemi tətbiq edib.

 

Belə ki, niderlandlı məşqçi ikitərəfli oyunda komandaları məğlub olduğu təqdirdə, oyunçularını “jim” etməyə məcbur edib. “Jim” hərəkətləri hər dəfə qol buraxdıqda edilib. 

 

52 yaşlı mütəxəssis Aleks Ferqyusonun təqaüdə çıxmasından sonra illərlə yaşanan uğursuzluqlardan sonra klubun nizam-intizam standartlarını tədricən yüksəltməyə niyyətlidir.

 

Məşqdən yayılan kadrlardan görünür ki, “Mançester Yunayted”in futbolçuları təlimatlara itaətkarlıqla əməl edirlər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO