Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuqlarda bakteriya aşkarlanıb

Hazırda oxunan: Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuqlarda bakteriya aşkarlanıb

187670

Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO