Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilir.
Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.
Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) ödənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 15.04.2024
Azərbaycanda boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK
Hazırda oxunan: Azərbaycanda boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK
Hazırda oxunan: Azərbaycanda boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK
187287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.