Ağdamda minaya düşən iki şəxsdən biri Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Bizim.media-nın yerli bürosuna Bərdə rayon Mərkəzi Xəstəxanasının
direktoru Vüsal Məmmədov məlumat verib.
O bildirib ki, həkimlər yaralı Fəttah Bağırovun vəziyyətini ağır olaraq qiymətləndirir.
Qeyd edək ki, digər yaralı Xəqani Teymurovun Yevlax mərkəzi xəstəxanasına aparıldığı bildirilir. X.Teymurovun hər iki ayağında xəsarət olduğu deyilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu