Cəlilabad fermerlərindən UNİKAL METOD – Çiyələk torpaq olmadan necə YETİŞDİRİLƏCƏK? – FOTO 

Cəlilabad fermerlərindən UNİKAL METOD – Çiyələk torpaq olmadan necə YETİŞDİRİLƏCƏK? – FOTO 

Hazırda oxunan: Cəlilabad fermerlərindən UNİKAL METOD – Çiyələk torpaq olmadan necə YETİŞDİRİLƏCƏK? – FOTO 

186829

Cəlilabad rayonunda yeni texnologiyalarla yetişdirilən çiyələk ilk dəfə olaraq bazarlara çıxarılacaq.

Bu da məhz çiyələyçiliyin daha da gəlirli olmasını təmin edəcək. Eyni zamanda yüksək texnologiya ilə əldə edilən keyfiyyətli məhsul xarici bazarlarda rəqabətədavamlı olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Kimlər çiyələkdən və alçadan uzaq durmalıdır? – AÇIQLAMA 


Çiyələk sahəsinin texnoloqu Məhəmməd Nəzərli İstixana üsulu ilə yetişdirilən məhsulun indi yüksək tipli texnologiya ilə əldə edildiyini bildirir. Onun sözlərinə görə əvvəllər suvarma və gübrələmə zamanı əl əməyindən istifadə olunurdusa, artıq bu işləri müvafiq cihazlar əvəz edir. İstixana şəraitində yetişdirilən bu çiyələklərdən ilboyu məhsul əldə olunur.

Məhsuldarlıq isə digər üsullarla müqayisədə iki dəfə çoxdur. Texnoloq deyir ki, kokoved üsulu bitkinin ənənəvi torpaq əkinindən imtinasıdır: 

“Əkin predmeti kimi qum, torf, perlit, qaya yunu və ya gildən istifadə olunur. Ən əsası isə torpaqda bitki üçün lazım olan elementlər tam və zəngin olmaya bilər. Yeni üsulda isə məhz bu elementlər əlavə edilir və nəticə də uğurlu alınır”.

Fermer Bayraməli Nəzərli isə deyir ki, əkin prosesində torpaqdan istifadə edilməməsi alaq otlarının, həşəratların və xəstəliklərin qarşısını alır. 

Məhz bu amil çiyələyin xarici bazarlara çıxmasına və rəqabət aparmasına da imkan verir. Yeri gəlmişkən belə texnologiyalı təsərrüfatlarda həm də arı yuvaları qurulur ki, bitkilərin tozlanması təbii olaraq canlı təbiətdə olduğu kimi getsin. 

Çiyələk kollarının tozlanması arılar vasitəsi ilə aparılır. "Briliant", Kleard","Muronord" sortlarına üstünlük verən fermer məhz yeni texnologiyanın tətbiqi ilə zəhmətkeş işçilərin də iş prossesinin həm asanlaşdığını, həm də sürətləndiyini bildirir.  

Demək olar ki, məhsul yığımında itki də baş vermir. 

Qeyd edək ki, Cəlilabaddakı çiyələk sahələrindən keçən il 12946 ton məhsul götürülüb və cari ilin proqnozuna görə bu il məhsuldarlıq daha da artacaq. 










Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO