Həbs edilən iki tiktoker CƏZALANDI – Rəsmi AÇIQLAMA  

Həbs edilən iki tiktoker CƏZALANDI – Rəsmi AÇIQLAMA  

Hazırda oxunan: Həbs edilən iki tiktoker CƏZALANDI – Rəsmi AÇIQLAMA  

186698

Məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI

Daha iki tiktoker polis tərəfindən SAXLANILDI - FOTO


Qeyd edək ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər saxlanılıb.

Bildirilib ki, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.
"Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq", - məlumatda qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO