Cavanşir Məmmədovun qaydaları pozması ilə bağlı RƏSMİ AÇIQLAMA

Cavanşir Məmmədovun qaydaları pozması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Cavanşir Məmmədovun qaydaları pozması ilə bağlı RƏSMİ AÇIQLAMA

186672

Xəbər verildiyi kimi ötən gün sosial şəbəkələrdə Əməkdar artist Cavanşir Məmmədovun yol hərəkəti qaydalarını pozan görüntüsü yayılıb.  Belə ki, C. Məmmədov bir müddət əvvəl verilişlərin birində 90 min manata satışa çıxardığı retro "Rolls Royce" markalı avtomobili ilə köbud şəkildə qaydaları pozub.

Sənətkar nəqliyyat vasitəsini idarə edən zamanı həm təhlükəsizlik kəmərini taxmayıb, həm də sükan arxasında telefonla danışıb.

Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Bizim.Media-ya bildirib ki, C. Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən təhlükəsizlik kəməri taxılmadığı halda sürücü 150 manat məbləğində cərimə edilir.  Sükan arxasında telefonla danışmaq  isə İnzibati Xətalar Məcəlləsinin 155. 6-ci maddəsi ilə tövsif olunur və xətalara görə 50 manat məbləğində cərimə müəyyən edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO