Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb.
Bu barədə Bizim.Media-ya Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 301-340 universitetlərinin siyahısına daxil olub.
Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” proqramı üzrə dünyanın ən yaxşı 351-400, “İctimai elmlər və menecment” proqramı üzrə isə dünyanın ən yaxşı 501-550 universitetlərinin siyahısına daxil olub.
Qeyd edək ki, müvafiq reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:07 / 11.04.2024
Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub
Hazırda oxunan: Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub
Hazırda oxunan: Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub
186655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.