Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Hazırda oxunan: Hövsanda güzəştli mənzillərin satışına başlanılır

18603

Hövsan Yaşayış Kompleksində inşa olunan altı binanın 503 mənzili üzrə 404 vətəndaş tərəfindən ərizələr təqdim olunub.

Mənzil İnşaatı Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, mənzillər həm ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə satılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İki şəhid ailəsinə güzəştli mənzil verildi


Satışa çıxarılan 503 mənzilin seçimi "Elektron hökumət" üzərindən "Güzəştli mənzil" elektron sistem vasitəsilə həyata keçirilib.

Sistemdə elektron kabinet əldə edən şəxslərin sayı 18 138 nəfərdir. Satış zamanı 503 mənzilin seçimində iştirak edənlərin sayı 1 472 nəfər olub.

Mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 26 aprel tarixində saat 11:00-da başlayacaq və 30 aprel tarixi saat 11:00-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO