Bakıda kişini intim videoya çəkib şantaj edən 4 nəfər TUTULDU - FOTO

Bakıda kişini intim videoya çəkib şantaj edən 4 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Bakıda kişini intim videoya çəkib şantaj edən 4 nəfər TUTULDU - FOTO

185676

Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən 4 nəfər tutulub. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, X.Qulamov (şərti ad) adlı vətəndaş Xəzər

RPİ-yə müraciət edərək tanımadığı şəxslər tərəfindən hədələndiyini deyib. 

O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə yaşayan zaman xəbəri olmadan videoları lentə alınıb. 
Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi, onlara görüntülərin yayılmaması müqabilində 3000 manat pul verdiyini bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 1984-cü il təvəllüdlü Fəyaz Səlimov, 1986-cı il təvəllüdlü Əli Məmmədov və dəstənin daha 2 qadın üzvü saxlanılıblar. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO