Bakıda iki uşağı ilə birgə özünü binadan atan qadının məhkəməsi başlayıb

Bakıda iki uşağı ilə birgə özünü binadan atan qadının məhkəməsi başlayıb

Hazırda oxunan: Bakıda iki uşağı ilə birgə özünü binadan atan qadının məhkəməsi başlayıb

18550

Bakıda iki azyaşlı övladının öldürməyə cəhddə təqsirləndirilən Nigar Cəfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media-nın məlumtına görə,  təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə 32 yaşlı qadın intihar etdi


Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 20-də Yasamal rayonunda Nigar Cəfərova azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO