Bakıda saxlanılan narkokuryerlərdə 2 kiloqram narkotik vasitə və 830 ədəd metadon həbi aşkar olunub.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirlib ki, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar.
Həmin şəxslərdən və mənzilləindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, psixotrop tərkibli 830 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkarlanıb.
Dindirmə zamanı saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bizim.Media