Sahil Babayev: “Ünvanlı sosial yardım almaq üçün prosedurlar çox sadələşdirilib”

Sahil Babayev: “Ünvanlı sosial yardım almaq üçün prosedurlar çox sadələşdirilib”

Hazırda oxunan: Sahil Babayev: “Ünvanlı sosial yardım almaq üçün prosedurlar çox sadələşdirilib”

185395

“Son illər ünvanlı sosial yardım proqramı çox ciddi şəkildə inkişaf etdirilib və ilk növbədə onu qeyd etmək lazımdır ki, əvvəllər həmin yardımın hesablanması üçün müəyyən olunmuş ehtiyac meyarı yaşayış minimumundan aşağı idi. Keçən il ilk dəfə olaraq onu yaşayış minimumu ilə bərabərləşdirməyə nail olduq”.

Bizim.Media xəbər verir ki, bunu yeni fəaliyyətə başlayan DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı olan əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.

Nazir həmin mövzu ilə əlaqədar ünvanlanan suala cavab verərkən deyib:

“Digər bir tərəfdən ünvanlı sosial yardıma giriş imkanları genişləndirilib və ona yönəldilən vəsaitin məbləği üç dəfə artırılıb. Bu gün artıq ünvanlı sosial yardım orta məbləği təqribən 450 manat ətrafındadır, halbuki bir neçə il əvvəl həmin məbləğ 150-160 manat ətrafında idi. 70 minə yaxın ailə, 300 minə yaxın vətəndaş həmin yardımı alır.

Onun alınması üçün müraciət forması da çox sadələşdirilib, bu gün vətəndaş ailə tərkibinə dair notariusda təsdiq olunmuş sənədlə elektron qaydada müraciət edir və onun müxtəlif qurumlar üzrə yoxlanılması elektron qaydada həyata keçirilir. Həmin sistem 27 qurumla inteqrasiya olunub və gəlirlərin ailənin adambaşına ehtiyac meyarından aşağı və yuxarı olması müəyyən edilir. Bununla əlaqədar prosedurlar çox sadələşdirilib. 

Lakin nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardım passiv dəstək alətidir və hökumətin məqsədi heç də ondan ibarət deyil ki, bütün ailəni ünvanlı sosial yardımla əhatə etsin. Biz insanları daha çox aktiv dəstək tədbirlərinə cəlb etməliyik. Ona görə də gəlirlərin hesablanması mexanizminə mütəmadi baxılır. Açıq etiraf etmək lazımdır ki, burada manipulyasiya etmək istəyənlər də var və bu sahə üzrə müxtəlif vasitəçilər meydana çıxıb. 
Ona görə də nazirlik tərəfindən bunun mütəmadi monitorinqi həyata keçirilir və onlara qarşı da tədbirlər görülür. Bir daha vətəndaşlara müraciət edirik ki, onlar hər hansı vasitəçilərin xidmətindən istifadə etməsinlər, birbaşa nazirliyin strukturlarına və onlayn xidmətlərə müraciət etsinlər”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO