“Minimum pensiya və əməkhaqqı yenə artırılacaq” - Nazir 

“Minimum pensiya və əməkhaqqı yenə artırılacaq” - Nazir 

Hazırda oxunan: “Minimum pensiya və əməkhaqqı yenə artırılacaq” - Nazir 

185273

Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib. 

O bildirib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz:

“Həyat davam etdikcə yeni çağırışlar ortaya çıxır. Bunu davamlı olaraq həyata keçirməsək, geriyə düşəcəyik. Bugünkü rəqəmlərlə qane ola bilmərik. Minimum pensiya və əməkhaqqının artırılması yenə davam edəcək. Hökumətin məqsədi də sosialyönümlü siyasətin davam etməsi, növbəti mərhələdə Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasıdır”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO