“Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir”.
Bizim.Media xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
"Bəzi vətəndaşlar müəllim və şagirdlərin məktəbə getməsi tərəfdarıdır" - Nazir
Nazir bildirib ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 müəllim çalışır:
“Layihə çərçivəsində valideynləri övladlarının beş yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk beş il platforması yaradılıb.
Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir”.
Bizim.Media