Sumqayıtda sahibsiz yarımtikilidən kişi meyiti tapılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Corat bağlarında qeydə alınıb.
Ərazidən keçən sakinlər yarımtikilidə meyit olduğunu görüb, polisə xəbər veriblər.
Araşdırma nəticəsində meyiti tapılan şəxsin 1980-ci il təvəllüdlü Teymur Şakir oğlu Məmmədov olduğu müəyyən olunub. Meyitdə çürümə prosesi başladığı bildirilib.
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
Bizim.Media