Naxçıvan teleradiosu 92, “Nuhçıxan” İnformasiya Agentliyi 6 yaşında

Naxçıvan teleradiosu 92, “Nuhçıxan” İnformasiya Agentliyi 6 yaşında

Hazırda oxunan: Naxçıvan teleradiosu 92, “Nuhçıxan” İnformasiya Agentliyi 6 yaşında

185131

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci ilin aprel ayının 1-də isə  Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziyanın  fəaliyyətə başlayıb.  

Bizim.Media xəbər verir ki, Naxçıvan teleradiosu zəngin yaradıcılıq yolu keçib.

Teleradionun fəaliyyət tarixinin ən mühüm dövrü şübhəsiz ki, 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edib. Naxçıvan teleradiosu həmin dövrlərdə informasiya blokadasına salınan Naxçıvanda Sovetlər Birliyinə ən böyük etirazın tribunasına çevrilib, Naxçıvan 1990-cı ildə birliyin tərkibindən çıxan ilk qurum kimi tarixə düşüb.

Ümummilli liderin 1990-cı ilin yayında Naxçıvana gəlişi, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın və Azərbaycanın dövlətçilik taleyini həll edən qərarların qəbul olunmasında Naxçıvan teleradiosu ümummilli liderin əsas söz tribunasına çevrilib. Təsadüfi deyil ki, 1992-ci ilin 24 oktyabrında ümummilli liderə qarşı təşkil olunan dövlət çevrilişi zamanı Naxçıvan teleradiosu da hücuma məruz qalıb.  
Bu gün Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əks etdirən rəngarəng televiziya verilişləri, filmlər hazırlayaraq 17 saat öz tamaşaçılarına təqdim edir.  

Naxçıvan teleradiosu milli – mənəvi dəyərlərə əsaslanan, dövlətçilik maraqlarına xidmət edən, tariximizi, milli mədəniyyətimizi təbliğ edən, Naxçıvanın turizm imkanlarının nümayiş etdirən proqram siyasəti ilə diqqəti cəlb edir.

Teleradionun qarşısında duran əsas məsələlərdən biri yaxın müddətdə peyk yayımına qoşulmaqla öz veriliş və proqramlarını daha geniş auditoriyaya çatdırmaqdır.  

2018-ci il 1 aprel tarixində isə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb. Ötən 6 ildə agentlik tərəfindən 100 mindən çox  xəbər geniş auditoriyaya çatdırılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO