Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ÖLMƏYİB – Özəl TƏFƏRRÜAT 

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ÖLMƏYİB – Özəl TƏFƏRRÜAT 

Hazırda oxunan: Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ÖLMƏYİB – Özəl TƏFƏRRÜAT 

185115

Ötən gün Sumqayıtda 13 yaşlı yeniyetmənin narkotikdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd olunub ki, 2011-ci il təvəllüdlü Əli Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb. İddialara görə yeniyetmə “peredozdan” ölüb.

Bizim.Media hadisənin təfərrüatlarını araşdırıb. Əldə etdiyimiz məlumata görə, yeniyetmənin atası dünyasını dəyişib, anasının isə əqli geriliyi var. Ailəyə isə adının bilinməsini istəməyən qonşu qadın himayədarlıq edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən öldü


Sözügedən xanım Bizim.Media-ya açıqlamasında illərdir himayəsi altında olan yeniyetmənin narkotikdən ölməsi ilə bağlı yayılan məlumatların yalan olduğunu bildirib:

“Bura çəkilişə gələnlər olmuşdu, icazə vermədik deyə, gedib yalan məlumatlar yayıblar. Əli mənim yanımda böyüyüb, 13 yaşında uşaq necə narkotik çəkə bilər?! Uşaq 8 martda xəstələndi, dünən isə keçindi. Xəstələndiyi gün Təcili Yardım da çağırdıq, dedilər ki, heç nəyi yoxdur”. 

Qadının sözlərinə görə Əli Babaşov bir ay əvvəl qızılca keçirsə də, sağalmışdı:

“Qəfildən yenə xəstələndi. Öskürürdü, soyuqlamışdı, sistem alıb köçürtdürdük. Həkim isə qorxulu heç nə olmadığını demişdi. Amma uşaq dünən rəhmətə getdi. İndi isə Əlinin ölüm kağızını ala bilmirik. Anasının imkanı olmadığına görə, Əli məktəbə getmirdi. Xəstələnənə qədər o, salfetka sataraq anasına kömək olmağa çalışırdı. Amma martın 8-dən bu yana daha heç yerə getmirdi, evdə idi”, - deyə ailənin yaxını olan qadın əlavə edib.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

Məsələ ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq. Qurumun rəsmi cavabını dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Nuranə Daxilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO