Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

Hazırda oxunan: Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

184939

2024-cü il üçün birgə tədbirlər planına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində olublar.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, hərbi hissənin ərazisindəki əsgər yataqxanası, yeməkxana, anbar və digər obyektlərə baxış keçirən nümayəndə heyəti burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin qonaqlar tibb məntəqəsində tibb xidmətinin təşkili ilə maraqlanıb.

Sonra aparatın nümayəndələri hərbi qulluqçularla görüşüb, onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda mühazirələrlə çıxış ediblər.

Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO