Cəlilabad məktəbində 45 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

Hazırda oxunan: Cəlilabad məktəbində 45 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

184748

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirov 45 min manat mənimsəmədə şübhəli bilinir. 

Bizim.Media xəbər verir ki, bu barədə Cəliləbad Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, sabiq direktorun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla onun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Camal Bəşirova Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO