Lənkəran qəzasında yaralanan şəxs xəstəxanaya yerləşdirildi

Lənkəran qəzasında yaralanan şəxs xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Lənkəran qəzasında yaralanan şəxs xəstəxanaya yerləşdirildi

184535

Bu gün saat 08:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 1997-ci il təvəllüdlü (kişi cinsli) 1 nəfər sol körpücük sümüyünün yerdəyişən sınığı, qasıq nahiyəsinin sıyrılmış yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Bizim.Media-ya xəstəxanadan məlumat verilib. 

Mənbə qeyd edir ki, yaralıya zəruri ilkin tibbi yardım göstərilib, müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Hadisə nəticəsində 2 nəfərin (ata və oğul) həkiməqədər ölüm faktı qeydə alınıb.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO